Azərbaycan boksu uzun illərdir beynəlxalq arenalarda öz uğurları ilə tanınır. Olimpiya və Avropa çempionatlarında kişilər arasında qazanılan medallar boksu ölkəmizdə ən populyar idman növlərindən birinə çevirib.
×
Azərbaycan boksu uzun illərdir beynəlxalq arenalarda öz uğurları ilə tanınır. Olimpiya və Avropa çempionatlarında kişilər arasında qazanılan medallar boksu ölkəmizdə ən populyar idman növlərindən birinə çevirib. Son illərdə isə diqqət tədricən qadın boksuna yönəlir. Yəni, hələ tam oturuşmamış, amma böyük potensiala malik bir istiqamətə…
Qadın boksundakı bu yüksəlişi daha yaxından izləmək üçün AZƏRTAC məşq zallarına üz tutub və idmançılarla söhbətləşib.
Azərbaycanda bir vaxtlar qadınların bu idman növünə marağı az olsa da, sevindiricidir ki, indi vəziyyət dəyişməyə doğru gedir. Son illərdə boksla məşğul olan qızların sayı xeyli artsa da, bir çoxları hələ də rinqə çıxmağa tərəddüd edir, bəziləri isə cəmiyyətin baxışından çəkinir.