Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

ID:

01.06.2025 20:45 / İDMAN

Foto : AZƏRTAC / Səfiyar Məcnun

İyunun 1-də “Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.