Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Qarabağımızı birlikdə quraq” layihəsi çərçivəsində 25 nəfər qazi peşə təhsilini başa vurub

ID:

23.06.2022 12:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Roman İsmayılov

44 günlük Vətən müharibəsində Ordumuzun şanlı qələbəsindən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsi çərçivəsində 25 qazi və müharibə iştirakçısını peşə təhsilinə cəlb edib.