Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Ömər Faiq Nemanzadə” fotoalbomunun təqdimatı olub

ID:

10.01.2023 17:00 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Tofiq Babayev

Milli Azərbaycan Tarixi Muzeyində “Ömər Faiq Nemanzadə” fotoalbomunun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Tarix Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı Azərbaycanın və türk dünyasının ictimai-siyasi fikir tarixində, publisistikasında silinməz iz qoymuş, böyük maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadə irsinin tədqiqi və təbliğinin əhəmiyyətindən danışıb.