Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

ID:

21.05.2024 17:10 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlqar Cəfərov

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, üçillik icra müddəti olan layihənin məqsədi Nizami Gəncəvinin əlyazmalarının sayı və dünyada yayılması haqqında dəqiq məlumat toplamaq, bu əlyazmaların sayını, mənbələrini, həqiqiliyini və keyfiyyətini sənədləşdirən vahid resurs yaratmaqdır.