Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Səmimi muğam” konserti olub

ID:

20.06.2023 20:45 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Ilkin Cavansirov

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Bu gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb.