Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Məktəb liderliyi” proqramının II çağırışının açılış mərasimi keçirilib

ID:

28.10.2023 11:40 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Oktyabrın 28-də Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən, dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrların inkişaf etdirilməsini hədəfləyən “Məktəb liderliyi” proqramının II çağırışının açılış mərasimi olub.