Parlamentin dekabrın 20-də keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi oxunuşda müzakirəyə çıxarılıb.
×
Parlamentin dekabrın 20-də keçirilən iclasında “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.
Milli Məclis, həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişiklik layihəsini qəbul edib.
Layihəyə əsasən, Qanuna yeni maddə əlavə olunur. Həmin maddəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Qanunlara dəyişikliklə bağlı qanun layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.