Milli Basketbol Assosiasiyasının (MBA) Qərb konfransında “Portlend Treyl Bleyzers” klubu “Los-Anceles Klippers” ilə qarşılaşıb.
×
Milli Basketbol Assosiasiyasının (MBA) Qərb konfransında “Portlend Treyl Bleyzers” klubu “Los-Anceles Klippers” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Orlandoda keçirilən oyuna daha yaxşı başlayan Portlend basketbolçuları ilk iki hissədə qalib gələrək böyük fasiləyə 6 xal fərqi ilə öndə yollanıblar – 75:69. Sonradan təşəbbüsə yiyələnən Los-Anceles komandası əzmkar oyun nümayiş etdirərək 122:117 hesabı ilə qələbə qazanıb.
Görüşün ən yaxşı basketbolçusu Portlend komandasından Si Cey Makkollum olub. O, 29 xal, 4 ribaund, 8 məhsuldar ötürmə ilə yadda qalıb.