Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“İbtidai siniflər üçün inklüziv tədris bacarıqları” proqramının iştirakçılarına sertifikatlar verilib

ID:

20.05.2024 19:15 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Nicat Haşımov

Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ibtidai təhsil müəllimliyi üzrə ixtisaslaşan bakalavr tələbələrinin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsini hədəfləyən, BP şirkəti və tərəfdaşları ilə birgə icra olunan mühüm təlim proqramının mükafatlandırma mərasimi keçirilib.