Oktyabrın 30-da Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi olub.
×

AZƏRTAC xəbər verir ki, açılış mərasimi AMEA Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Akademiyanın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, videoçarx nümayiş olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın elmi əhəmiyyətini vurğulayıb, il boyu ölkəmizdə və xaricdə, eləcə də AMEA-da Ulu Öndərin və akademik Zərifə Əliyevanın yubileylərinə həsr edilmiş konfrans, seminar, sərgi və digər tədbirlərin keçirildiyini bildirib.
İsa Həbibbəyli akademik Zərifə Əliyevanin oftalmologiya elminin inkişafindaki xidmətlərindən söz açıb, beynəlxalq konfransda Türkiyə, Rusiya, Belarus, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin, fizioloqlarin iştirak etdiyini diqqətə çatdırıb.
Konfrans işini plenar və bölmə iclasları ilə davam etdirəcək.