“Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsində tanınmış fotoqrafların iştirakı nəzərdə tutulur. Layihənin kuratoru italiyalı Anjello Buçarellidir.
×
“Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsində tanınmış fotoqrafların iştirakı nəzərdə tutulur. Layihənin kuratoru italiyalı Anjello Buçarellidir. Məqsəd Şuşanın zəngin mədəniyyətini, memarlığını məşhur fotoqrafların əsərləri vasitəsilə dünyada təbliğ etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib.
Qeyd edib ki, layihə çərçivəsində Azərbaycanlı və xarici fotoqrafların 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi açılacaq.