Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis ediləcək

ID:

13.05.2022 13:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlqar Cəfərov

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.