Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 7-də axşam saatlarında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Dərviş” qrupunun konserti olub.
×
Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 7-də axşam saatlarında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Dərviş” qrupunun konserti olub.
Konsertdə şəhər icra hakimiyyətinin, festivalın təşkilatçı qurumlarının rəsmiləri, tədbirə dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Dərviş” qrupu 1989-cu ildə Bakı şəhərində yaradılıb. Musiqi qrupu “Mainz Rock Fest”, “Qızıl Payız”, “Baku Rock Panorama”, “France İnternational Music Day”, “Teknofest”, “Formula1” kimi bir neçə musiqi festivalı və konsertlərdə, mədəni kütləvi tədbirlərdə iştirak edib. Qrup müxtəlif musiqi üslublarında – “Pop”, “Rock”, “Folk rock”, “Blues” və sair üslublarda fəaliyyət göstərir.
Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.