Mayın 23-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr başlayıb.
×

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mediasiya Şurasının, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin təmsilçiləri, hakimlər, sahibkarlar, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının nümayəndələri iştirak edirlər.
Tədbirin açılışında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov və Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edəcək, bu istiqamətdə görülən işlər barədə məlumat verəcəklər.
Sonra tədbir panel müzakirələrlə davam edəcək.
Sonda mövzular üzrə müzakirələr aparılacaq, maraq doğuran suallar cavablandırılacaq.