“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
ID:
18.02.2024 17:45 / İDMAN
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb.
2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.