“Böyük dəbilqə”: Azərbaycan cüdoçuları yarışın ilk gününü birinci yerdə başa vurub
ID:
04.11.2022 19:25 / İDMAN
Azərbaycan komandası Bakıda cüdo üzrə keçirilən “Böyük dəbilqə” turnirinə uğurla start verib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın ilk günündə cüdoçularımız – 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qızıl, eyni çəki dərəcəsində Kəramət Hüseynov və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.
2023 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.