Noyabrın 25-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) yol xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması məqsədilə seminar işə başlayıb.
×

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Moldova, Belarus, Türkiyə, Qırğızıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkmənistanın miqrasiya agentliklərinin, yerli və hədəf region ölkələrindən vətəndaş cəmiyyəti və təhsil qurumlarının nümayəndələri iştirak edirlər.
BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin tərəfindən BMT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökumətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləyir.