Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Azərbaycan dili müzəffər ordumuzun dilidir” esse müsabiqəsinin qalibləri təltif edilib

ID:

16.06.2023 17:10 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC /Aydın Məmmədov

İyunun 16-da “Heydər Əliyev İli” çərçivəsində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin tələbələri arasında elan etdiyi “Azərbaycan dili müzəffər ordumuzun dilidir” esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.