Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb Forumu başlayıb

ID:

05.08.2020 15:40 / REGİONLAR

Foto : AZƏRTAC

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının I Ümumrespublika Veb Forumuna start verilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən forumun əsas məqsədi ölkəmizin hərtərəfli və davamlı inkişafı istiqamətində könüllülərin fəaliyyətini, xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının geniş yayılmasına qarşı həyata keçirilən tədbirlərdə fəal iştirakını müzakirə etmək, gənclərin aqrar sahəyə marağını daha da artırmaq, onların fərdi inkişafı və vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.