“Ağsu Aqropark” 1843 hektar əkin sahəsini əhatə edir. Bu ərazilərdə arpa, buğda, yonca, qarğıdalı yetişdiririk. Aqroparkda, həmçinin toxum, yem zavodu var, südlük və ətlik heyvanlar üçün yerlər də mövcuddur.
×

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev söyləyib.
“Prezident İlham Əliyevin 2022-ci il 19 iyul tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə prioritet məqsədlərimizdən biri də ərzaqlıq buğdanın istehsalını artırmaqdır. Bunun üçün də intensiv və innovativ texnologiyalardan istifadə olunur. Suvarmada istifadə olunan pivot sistemi də onlardan biridir”, - deyə Atabala İsayev vurğulayıb.
O bildirib ki, hazırda pivot sistem 850 hektar ərazidə tətbiq olunur. Pivot suvarma sistemlərinin quraşdırıldığı ərazinin 1500-2000 hektara çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün Ağsu rayonuna səfəri çərçivəsində ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin “Ağsu Aqropark” QSC-nin fəaliyyəti ilə tanış olub