Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

ID:

07.05.2024 16:30 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Robert Fitso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.