Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şəhidlərin xatirəsinə ehtiram

ID:

16.03.2024 12:00 / SİYASƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.