Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şəhid Abdulla Rəhimovun adını daşıyan məktəbdə onun xatirəsi anılıb

ID:

26.01.2024 15:40 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Tofiq Babayev

Yanvarın 26-da şəhid Abdulla Rəhimovun xatirəsi onun adını daşıyan Bakıdakı 247 nömrəli tam orta məktəbdə anılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları, şəhidin ailə üzvləri, döyüş yoldaşları Abdulla Rəhimovun məktəbin foyesindəki büstü önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.