Litvada son sutka ərzində koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 2416 nəfərə çatıb.
×
Litvada son sutka ərzində koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 2416 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda hələ də xəstə olanların sayı 617 nəfər təşkil edir, sağalanların sayı isə 1705 nəfərdir. Ölənlərin sayı 81 nəfər. Təcrid olunanların sayı 3173 nəfər təşkil edir.
İyunun 1-dən etibarən Litvada xaricdən gələn vətəndaşlarda 154 yoluxma hadisəsi qeydə alınıb. Ötən gün ərzində laboratoriyalarda 2452 analiz nümunələri götürülüb. Ümumilikdə bu günə kimi 578,700 nümunə yoxlanılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs