Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Günəş şüaları ilə nurlanmış ağ ev – Xanın imarətindən REPORTAJ

ID:

29.12.2023 15:45 / REGİONLAR

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Ağdam şəhərindəki “İmarət” kompleksi Qarabağın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının, eləcə də xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarların və onların nəslindən olan görkəmli şəxslərin qəbirüstü türbələrinin, məzarlarının olduğu bu məkan həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.