Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Dövlət Gömrük Komitəsinin yaradılması münasibətilə tədbir keçirilib

ID:

30.01.2024 15:55 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) yaradılmasından 32 il ötür.

AZƏRTAC xəbər verir ki, gömrük əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.