Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Bu il Azərbaycanda iqtisadi artım 3,5 faiz səviyyəsində proqnozlaşdırılır

ID:

31.01.2024 11:40 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Orxan Kərimov

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımı təxminən 3,5 faiz səviyyəsində proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.