Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Azərbaycan-İran dövlət sərhədində Astaraçay üzərində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub

ID:

30.12.2023 18:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd–keçid buraxılış məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən inşa olunan körpünün və modul tipli sərhəd-buraxılış məntəqəsinin dekabrın 30-da açılış mərasimi keçirilib.