Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AMB: Bu il cari əməliyyatlar balansı 7 milyard dollar səviyyəsində proqnozlaşdırılır

ID:

01.05.2024 11:45 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Nicat Haşımov

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna cari əməliyyatlar balansını 7 milyard dollar səviyyəsində proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.