Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Azərbaycanda beynəlxalq təhsil imkanları” forumu keçirilib

ID:

26.12.2023 15:40 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC /Nicat Əlili

Dekabrın 26-da Bakıda “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova forumun əvənəvi görüşlərdən fərqli olaraq təhlilə söykənən müzakirələr formatında aparılmasının daha keyfiyyətli təhsilin təşkili işində önəmini vurğulayıb.